EN

Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə ilk dəfə, yəni fevralın 4-də uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank bundan əvvəl, dekabrın 10-dakı qərarında uçot dərəcəsi və faiz dəhlizinin digər parametrlərini 0.25 faiz bəndi azaldıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.

AMB qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir.

Chosen
4
9
fed.az

10Sources