EN

Gənclər siyasəti Azərbaycan dövlətçiliyinin əsas prioritetlərindən biridir – Deputat

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətində gənclərsiyasəti hər zaman xüsusi yer tutub. O, Azərbaycanı gənclər ölkəsiadlandırır, gənc nəslin isə dövlətimizin sabahı olduğunuvurğulayaraq onların inkişafına daim böyük diqqət göstərirdi.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova bildirib.

A.Həsənova qeyd edib ki, Ümummilli Lider Heydər ƏliyevinAzərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra gənclərsiyasəti əsas prioritet istiqamətlərdən biri kimimüəyyənləşdirildi:

Deputat bildirib ki, müstəqilliyin ilk illərində ölkədə yaranmışxaotik vəziyyət və idarəetmədəki boşluqlar gənclərin taleyinə dəciddi zərbə vurmuşdu:

“Həmin dövrdə Azərbaycan gəncliyinin gələcəyi real təhlükəaltına düşmüşdü. Gənclər müxtəlif siyasi dairələrin təsiri altınasalınır, onların təhsildən uzaqlaşmasına zəmin yaradılır vəmilli-mənəvi dəyərlər əsasında formalaşmasına laqeydyanaşılırdı.

Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonragənclərimiz bu təhlükəli vəziyyətdən xilas oldu və dövlət gənclərsiyasətinin təməli qoyuldu. 1994-cü ildə bu siyasətin icrasınıtəmin edən Gənclər və İdman Nazirliyi təsis edildi. Paralel olaraqgənclərin təhsil imkanlarının genişləndirilməsinə xüsusi önəmverildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətəqayıdışından sonra ötən əsrin 70–80-ci illərində formalaşmış birçox müsbət təhsil ənənələri, o cümlədən gənclərin xarici ölkələrdətəhsil alması praktikası yenidən bərpa edilərək inkişaf etdirildi.Nəticədə 2003-cü ilə qədər dünyanın təxminən 40 inkişaf etmişölkəsində 160-a yaxın ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənctəhsil alırdı”.

A.Həsənova bildirib ki, Ümummilli Liderin 1995-ci ildə gənclərforumunun keçirilməsi ilə bağlı təşəbbüsündən sonra bu istiqamətdəmühüm addımlar atıldı və 1996-cı ildən etibarən Azərbaycangənclərinin forumları təşkil olunmağa başladı:

“1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin birbaşadəstəyi ilə gənclərin ilk forumu keçirildi. Bir il sonra isəPrezidentin Sərəncamı ilə 2 fevral tarixi ölkəmizdə Gənclər Günükimi rəsmiləşdirildi”.

Deputat vurğulayıb ki, Azərbaycan gənclərinin Vətənə bağlılıq vəsədaqət ruhunda tərbiyə olunması Ulu Öndər Heydər Əliyevinformalaşdırdığı azərbaycançılıq ideologiyasının əsasistiqamətlərindən biri olub:

“Ulu öndər gənclərə müraciət edərək bildirirdi ki, Azərbaycanındövlət müstəqilliyi əbədi, dönməz və sarsılmazdır və hər bir gəncbu müstəqilliyi qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək üçünöz töhfəsini verməlidir”.

A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndər HeydərƏliyevin siyasi kursunu uğurla davam etdirərək gənclər siyasətiniyeni keyfiyyət mərhələsinə yüksəldib, gənclərin problemlərininhəlli və fərdi potensiallarının reallaşdırılması istiqamətindəmüasir yanaşmalar tətbiq etdi:

“Azərbaycan gənclərinin İnkişaf Strategiyasının qəbul edilməsi,gənclərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramlarınınicrası, Gənclər Fondunun yaradılması və digər mühüm təşəbbüslərgənclərin hərtərəfli inkişafına və vətənpərvər ruhdayetişdirilməsinə xidmət edib. Bu gün Azərbaycanın gənclər siyasətibeynəlxalq aləmdə nümunə kimi qiymətləndirilir. Prezident İlhamƏliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdəVətən naminə canından keçməyə hazır olan, yüksək vətənpərvərlikruhuna malik gənc nəsil formalaşıb. Məhz bu gənclər 44 günlük Vətənmüharibəsində tarixi Zəfərin qazanılmasında əvəzsiz roloynadılar”.

Məqalədə:
Chosen
18
3
az.trend.az

4Sources