EN

“Fitia” qasırğası Madaqaskarda böyük fəsadlara yol açdı – Ölənlər var

Bakı. Trend:

Ötən həftəsonu “Fitia” siklonunun Madaqaskar üzərindən keçməsinəticəsində azı üç nəfər həlak olub, 28 mindən çox insan zərərçəkib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Madaqaskarın Milli FəlakətRisklərinin İdarə Olunması Bürosu məlumat yayıb.

Ən çox zərər ölkənin qərb bölgələrində - Analamanqa, Bueni,Vakinankaratara, Melaki və Sufiya ərazilərində qeydə alınıb. İlkinməlumata görə, 15 mindən çox malaqasiyalı evlərini tərk etməkməcburiyyətində qalıb, 800-dən artıq yaşayış evi dağılıb.

Güclü tropik “Fitia” siklonu yanvarın 31-də və fevralın 1-dəgüclü leysan yağışları ilə müşayiət olunub.

Məqalədə:
Chosen
21
az.trend.az

1Sources