EN

ABŞ-nin "Abrams"ları Tayvana yol açır: Növbəti partiya yoldadır  –ÖZƏL

Tayvanın müdafiə gücünü artıracaq növbəti hərbi addım atılır. ABŞ istehsalı olan 28 ədəd M1A2T Abrams tankının yaxın həftələrdə adaya çatdırılacağı gözlənilir.

Olaylar.az xəbər verir ki, "Taipei Times" qəzetinin rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, hərbi texnikanın çatdırılması fevralın sonundan martın əvvəlinə qədər olan müddətdə reallaşacaq.

Tayvanın müdafiə idarəsi tankların ən qısa zamanda yük gəmiləri vasitəsilə adaya gətirilməsi üçün hazırlıq işlərini aktiv şəkildə davam etdirir.
2019-cu ildə Vaşinqton tərəfindən təsdiqlənmiş ümumilikdə 108 ədəd M1A2T tankının satışı üzrə müqavilənin dəyəri təxminən 1,45 milyard dollar təşkil edir.

Tayvan artıq bu saziş çərçivəsində 80 tankı təhvil alıb (38 ədəd 2024-cü ilin dekabrında, 42 ədəd isə 2025-ci ilin iyulunda).

Qeyd edək ki, M1A2T modeli məhz Tayvanın ehtiyacları üçün modernləşdirilmiş xüsusi variantdır və adanın müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirmək məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
olaylar.az

1Sources