EN

Ruslar Zaporojyedə təzyiqi artırır

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, Ukraynanın “DeepState” hərbi portalının məlumatına görə, vilayətin şərqində, bəzi iddialara əsasən, artıq Rusiya qüvvələrinin nəzarətində olan Dobropoliye kəndi yaxınlığındakı Ternovatoye rayonunda irəliləmə müşahidə olunur. Qərbi Zaporojyedə ruslar Zaporojye şəhərinin cənubunda yerləşən Primorsk yaxınlığında qeydə alınıb. Portal bu ilin yanvar ayında Rusiya ordusunun Ukrayna ərazisinin 245 kvadrat kilometrini ələ keçirdiyini bildirir ki, bu da keçən ilin noyabr və dekabr ayları ilə müqayisədə təxminən iki dəfə azdır. Ən çox hücumlar Pokrovsk, Qulyaypole, Konstantinovka, Liman və Dnepropetrovsk vilayətinin Novopavlovka şəhərləri yaxınlığında baş verib. Ruslar yanvarda ən sürətlə Slavyansk istiqamətində irəliləyiblər. “Slavyansk sektoru ən çox zərər çəkmiş əraziyə çevrilib. Onun payına hücumların 3%-i, ərazi itkilərinin isə təxminən 20%-i düşüb”, – portalın hesabatında vurğulanır. Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gerasimov bu yaxınlarda rusların Ukraynada 500 kvadrat kilometrdən çox ərazini və 17 yaşayış məntəqəsini ələ keçirdiyini bildirmişdi. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
azvision.az

1Sources