EN

Aİ-də yenidən silahlanma planı üzrə fikir ayrılıqları dərinləşir- ÖZƏL 

Avropa İttifaqının institutları, üzv ölkələrin hökumətləri və hərbi-sənaye şirkətləri Avropanın yenidən silahlanması proqramının detalları ilə bağlı razılığa gələ bilmirlər. Olaylar.az xəbər verir ki, bu barədə Euractiv portalı müdafiə sənayesinin nümayəndələrinə istinadən məlumat yayıb. Məlumata görə, planların icrası bir çox hallarda milli maraqlar səbəbindən gecikir. Müdafiə şirkətləri isə hələ də müvafiq qurumlardan hansı məhsulların alınacağı ilə bağlı dəqiq göstərişlər gözləyir. Eyni zamanda konsernlər hökumətlərdən uzunmüddətli investisiya təminatı tələb edirlər. Euractiv qeyd edir ki, bir sıra şirkətlər sifarişlərin həcmi məlum olmadan istehsalı artırıblar.
Qeyri-müəyyənliyi artıran amillərdən biri də ABŞ-dan gələn ziddiyyətli siqnallardır. Vaşinqton Avropanı öz təhlükəsizliyinə daha çox məsuliyyət götürməyə çağırsa da, paralel olaraq Amerika silahlarının alınmasında israr edir. NATO diplomatlarından biri vəziyyəti "xeyli qarışıq" kimi xarakterizə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
olaylar.az

1Sources