EN

Epilepsiya tutması zamanı QORXUNC HADİSƏ: Quduzlaşan it qadının baş dərisini QOPARDI – FOTOLAR

ABŞ-də epilepsiya tutması keçirən qadın öz itinin hücumuna məruz qaləb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

ABŞ-də bir qadının başına gələn tükürpədici hadisənin təfərrüatları və fotoları geniş rezonansa səbəb olub. Hadisə ötən il baş versə də, hadisənin təfərrüatları və görüntüləri yalnız indi ictimaiyyətə məlum olub.

Məlumata görə, amerikalı qadın evdə qəfildən epilepsiya tutması keçirib, nəticədə o, yerə yıxılaraq qıcolmalar keçirməyə başlayıb.

Qadının pitbull və rotveyler cinslərinin qarışığı olan 2 yaşlı iti sahibəsinin bu vəziyyətindən vəhşiləşərək ona hücum edib.

Heyvan qadının üzərinə atılaraq onu amansızcasına dişləməyə başlayıb, nəticədə zərərçəkmişin üzü, qolları və qulaqları ciddi şəkildə zədələnib.

Hadisə zamanı ən ağır xəsarət baş nahiyəsində qeydə alınıb. Belə ki, quduzlaşmış it sözün əsl mənasında qadının baş dərisini (skalpını) qoparıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
19
2
interpress.az

3Sources