EN

Yanvar ayında hava necə olub?

Bakı. Trend:

2026-cı ilin yanvar ayında ölkə ərazisində havanın temperaturuiqlim norması ilə müqayisədə 19 gün normadan yuxarı (0.9–8.8dərəcə), 10 gün normadan aşağı (0.7–1.9 dərəcə), 2 gün isə normadaxilində olub. Orta aylıq temperatur 6.2 dərəcə isti olub ki, buda iqlim normasından 1.8 dərəcə yuxarıdır.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətinin rəisiNazim Mahmudov bildirib.

Onun sözlərinə görə, yanvar ayında normadan maksimal fərqyanvarın 12-də qeydə alınıb. Həmin gün havanın maksimal temperaturuAbşeron yarımadasında (Sumqayıt) 21 dərəcə isti , bölgələrdə isə(Astara) 23 dərəcəyədək isti olub. Havanın minimal temperaturu Bakıvə Abşeron yarımadasında yanvarın 22-də 1.5 dərəcə şaxta (Bakı,Maştağa), yüksək dağlıq ərazilərdə isə yanvarın 16-da 22dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb.

“Yanvar ayının bəzi günlərində fasilələrlə yağıntılı havaşəraiti müşahidə olunub, ayrı-ayrı yerlərdə sulu qar və qar yağıb,bəzi ərazilərdə isə yağıntılar leysan xarakterli intensiv və güclüolub. Ümumilikdə bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti qeydəalınıb. Ən çox yağıntı aylıq normanın 271 faizi olmaqlaLənkəran–Astara zonasına (128.2–206.4 mm) və aylıq normanın 205faizi olmaqla Bakı və Abşeron yarımadasına (Binə – 48.1 mm) düşüb.Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Lerikdə 116sm təşkil edib”, – deyə N.Mahmudov qeyd edib.

O, həmçinin bildirib ki, yanvar ayının bəzi günlərində küləklihava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 xəbərdarlıq(sarı və narıncı) verilib. Bakı və Abşeron yarımadasında 17 gün,bölgələrdə isə 20 gün küləkli hava şəraiti müşahidə olunub, küləyinmaksimal sürəti Bakı və Abşeron yarımadasında 28 m/s, bölgələrdəisə 26 m/s-dək güclənib.

Chosen
13
32
az.trend.az

10Sources