EN

İsrailin İranla sülh əldə etmək üçün şərtləri məlum olub - KİV

İsrail İranla sülh əldə etmək üçün şərtlərini irəli sürüb.

Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrailin şərtləri aşağıdakılardan ibarətdir:

İran, uranın zənginləşdirmə proqramını dayandırmalı, sentrifuqaları sökməli, zənginləşdirməni 0%-a endirməlidir.

İran indiyə qədər zənginləşdirilmiş bütün uran ehtiyatlarını (400 kq) təhvil verməlidir.

İran uzaqmənzilli ballistik raket proqramını tamamilə dayandırmalıdır.

İran regiondakı proksi qüvvələrə (Hizbullah, HƏMAS, Husi və s.) dəstəyini dayandırmalıdır.

Daşqın Həsənov

Missiya.Az

Chosen
10
missiya.az

1Sources