EN

Həmin bacı-qardaşın atası RusiyadaİŞLƏYİR

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda 12 və 14 yaşlı qardaş-bacıya əmiləri tərəfindən balta xəsarəti yetirilib.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, 2012-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb. 49 yaşlı Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sözügedən uşaqların atası Rusiyada işləyir.

Bildirilib ki, ailə təsərrüfat işləri ilə məşğul olur, zəhmətlə dolanırmış. Hər iki yeniyetmə tarlaya, kartof əkininə gedirmiş.

Chosen
45
3
redaktor.az

4Sources