Madrid "Real"ının sol cinah müdafiəçisi Fran Qarsiya "Bornmut"un maraq dairəsinə düşüb.
Məlumata görə, İngiltərə klubu qış transfer pəncərəsi bağlanmamışdan əvvəl 26 yaşlı ispaniyalını heyətinə qatmaq istəyib və bu məqsədlə "Kral klubu"na rəsmi təkliflə müraciət edib.
Lakin "Real" bu təklifə müsbət cavab verməyib. Hazırda İngiltərə klubunun yeni cəhd edib-etməyəcəyi bəlli deyil.
Qeyd edək ki, Fran Qarsiyanın Madrid təmsilçisi ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. Transfermarkt portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 15 milyon avro təşkil edir.