EN

Prezident İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət edib

Bakı. Trend:

Prezident İlham Əliyev 2 Fevral – Gənclər Günü münasibətiləAzərbaycan gənclərinə müraciət edib.

Trend xəbərverir ki, müraciətdə qeyd olunub:

"Əziz gənclər!

Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətiləsəmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksəkəhval-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəlgənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilkümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdəGənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumlarınmüntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizinsosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötənonilliklər ərzində icra olunan dövlət proqramları nəticəsindəgənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçünəlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu dahada güclənmişdir.

Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvidəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanıninkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsilformalaşmışdır. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətəqədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran birqüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəniirsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolundaatdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyininifadəsidir.

Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığıvətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçünböyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimizmisilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraqxalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirənqəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. BuZəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin vəsarsılmaz iradəsinin əbədi rəmzidir.

Əminəm ki, müasir tariximizin yeni intibah dövründə dəAzərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisiilə dövlətimizin gələcək inkişafına layiqli töhfələrverəcəkdir".

Chosen
52
49
az.trend.az

10Sources