EN

Ağsuda 33 yaşlı şəxsə şüşə parçası ilə xəsarət yetirilib

Ağsuda iki nəfər arasında yaranmış mübahisə qanla bitib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, 21 yaşlı Murad Muradov aralarında yaranmış mübahisə zəminində 33 yaşlı Ağamir Əkbərliyə şüşə parçası ilə ağır xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırma aparılır.

Chosen
1
2
apa.az

6Sources