EN

Rusiya Belarusu ilhaq edib - ISW

BAKI, 2 fevral. TELEQRAF

Moskva de-fakto Belarusı ilhaq edib və ondan NATO ilə Rusiya arasında mümkün müharibəyə hazırlıq çərçivəsində qonşu Polşa və Litvanın hava məkanını pozmaq üçün istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

Amerikalı analitiklərin fikrincə, Rusiya öz hərbi-siyasi məqsədləri, xüsusilə NATO üzvü olan ölkələrin hava məkanına müdaxilələr üçün Belarus ərazisindən istifadə edir.

ISW-nin məlumatına görə, yanvarın 30-dan 31-nə keçən gecə Belarus aerostatları 72 saat ərzində ikinci dəfə qanunsuz şəkildə Polşanın hava məkanına daxil olub. Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı bundan sonra bildirib ki, hərbi radarlar Belarus tərəfdən sərhədi keçən obyektləri qeydə alıb. İlkin qiymətləndirməyə əsasən, söhbət məhz aerostatlardan gedib.

Polşa hakimiyyəti buna cavab olaraq, Belarusla həmsərhəd Podlyaskda hava məkanını müvəqqəti olaraq məhdudlaşdırıb.

ISW bu cür addımları “sıfırıncı faza” adlandırılan mərhələnin bir hissəsi kimi dəyərləndirir, yəni Rusiya ilə NATO arasında mümkün müharibə üçün informasiya və psixoloji şəraitin formalaşdırılması mərhələsi.

Chosen
6
teleqraf.com

1Sources