EN

QMİ sədri “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində iştirak edəcək

Bakı, 2 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Zayed İnsan Qardaşlığı Mükafatı” Təşkilatının Baş katibi Məhəmməd Əbdülsəlamın dəvəti ilə bu tədbirdə iştirak edəcək.

Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Abu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının toplantısına da qatılacaq.

Səfər müddətində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Chosen
4
3
azertag.az

10Sources