EN

Bu ölkədə şirkətlərin 75%-i süni intellektdən istifadə edir


Gündəlik əməliyyatlarında süni intellekt texnologiyalarından bu və ya digər formada istifadə edən Yaponiya şirkətlərinin payı 75%-ə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Yaponiya Maliyyə Nazirliyinin hesabatında öz əksini tapıb.
Məlumata görə, beş il əvvəl bu rəqəm cəmi 11% təşkil edib. Süni intellektdən istifadə edən şirkətlər arasında iri şirkətlər və korporasiyalar şoxluq təçkil edir. Onların 89%-i gündəlik fəaliyyətlərində süni intellekt texnologiyalarından istifadə edir.
Avtomobil şirkətləri arasında isə bu rəqəm 90%-dir. İaşə sənayesindəki şirkətlərin oxşar faizi müntəzəm olaraq süni intellektdən istifadə edir.
Maliyyə Nazirliyi qeyd edib ki, bu texnologiyalardan ən çox sənəd hazırlanması, məlumatların axtarılması və toplanması, eləcə də, texniki inkişaf üçün istifadə olunur.
Chosen
6
1
yeniavaz.com

2Sources