EN

Məhəmmədəli Nuruşov: “Azərbaycan xalqını sevirəm”

“Döyüş çox rahat keçdi”.

Bu sözləri Azərbaycanın MMA döyüşçüsü Məhəmmədəli Nuruşov deyib.

O, “OCTAGON 84” turniri çərçivəsində Özbəkistanın fenomen döyüşçüsü Şahzod Uzoqov üzərində qazandığı qələbə barədə danışıb.

“Mənə lağ edənlərdən Allah razı olsun. Onlar olmasaydı, bəlkə də döyüşə bu qədər motivasiyalı çıxmazdım. Şükürlər olsun ki, qələbə qazandım. Növbəti hədəfim qarşıdakı döyüşdə də qalib gələrək bayrağımızı bir daha ucaltmaqdır. Azərbaycan xalqını sevirəm”, - deyə o, offsideplus.az-a açıqlamasında deyib.

Qeyd edək ki, Şahzod Uzoqovun döyüşdən öncə Məhəmmədəli Nuruşovu qışqıraraq qorxutmağa çalışmasını əks etdirən görüntülər sosial şəbəkələrdə viral olmuşdu.

İdman.Biz
Chosen
11
2
idman.biz

3Sources