EN

Fənərbaxça nın hücumçusu Zenit ə keçə bilər

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Hazırda icarə əsasın "Fənərbaxça"da oynayan, müqavilə ilə isə "Əl-Nəsr"ə məxsus olan hücumçu Con Duran eyni şərtlə "Zenit"ə keçməyə razılıq verib. Sport24.az xəbər verir ki, bu barədə Rusiyanın "Championat" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, klublar hazırda danışıqlar aparır və razılığa gəlməyə yaxındılar. 

Qeyd edək ki, 22 yaşlı kolumbiyalı forvard ötən qış "Aston Villa"dan "Əl-Nəsr"ə keçib və Səudiyyə klubu onun üçün 77 milyon avro ödəyib. Ötən yay isə hücumçu "Fənərbaxça"ya icarəyə verilib və 21 oyunda 5 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
sport24.az

1Sources