Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az APA-ya istinadla xəbər verir ki, qəza şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Ə.Nəcəfov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.