EN

Ronaldodan şok qərar - Oyunu boykot edir

style='margin-bottom:10px;'>

Kriştiano Ronaldo “Əl-Nəsr”dəki vəziyyətdən narazıdır və matçlarda iştirak etməkdən imtina edir.

QOL.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Ronaldo “Əl-Nəsr”in “Ər-Riyad”la bu gün keçiriləcək oyununu buraxmaq niyyətindədir. Kriştiano Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) klubun idarə olunma formasından narazıdır.

Portuqaliyalı futbolçu “Əl-Nəsr”ə kifayət qədər investisiya yatırılmadığını da hesab edir.

Ronaldo düşünür ki, klub rəhbərliyi “Əl-Nəsr”ə zərər verir, xüsusilə də transfer bazarında daha fəal olan “Əl-Hilal”la müqayisədə.

Qeyd edək ki, Ronaldo 2023-cü ildən «Əl-Nəsr»in formasını geyinir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Chosen
4
3
teleqraf.com

4Sources