BAKI, 2 fevral. TELEQRAF
Abşeronda dəm qazından ölüm faktı qeydə alınıb.
Teleqraf xəbər verir ki, 1983-cü il təvəllüdlü E.Seyidova Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H. Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.