Ağsuda dava qanla bitib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.
21 yaşlı Murad Muradov aralarında yaranmış mübahisə zəminində 33 yaşlı Ağamir Əkbərliyə şüşə qırıntısı ilə ağır xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan yerli büromuza bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media, Aran bürosu