EN

Venesuela ilk dəfə mayeləşdirilmiş neft qazı ixrac edib

Venesuela tarixində ilk dəfə mayeləşdirilmiş neft qazının (LPG) ixracını həyata keçirib.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkədə prezident səlahiyyətlərini icra edən Delsi Rodriges “Telegram” hesabında paylaşım edib.

Onun sözlərinə görə, “Chrysopigi Lady” gəmisi Venesueladan ilk mayeləşdirilmiş neft qazı partiyası ilə yola düşüb. D. Rodriges bunu Venesuela xalqının rifahı naminə əldə olunmuş mühüm nailiyyət kimi qiymətləndirib. 

Seyranə Quliyeva

Missiya.Az

Chosen
13
missiya.az

1Sources