EN

Azərbaycan ötən il xaricdən 466 milyon dollarlıq geyim alıb

2025-ci il ərzində Azərbaycana 466,4 milyon dollar həcmində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, geyim idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 49,4 milyon dollar və ya 11,8% artıb.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 417 milyon dollar dəyərində geyim idxal olunmuşdu.

Bu il ümumi idxalın 1,91%-i geyim məhsullarının payına düşüb. Ötən il isə müvafiq göstərici 1,98% olmuşdu.

Chosen
22
fed.az

1Sources