EN

Suriyada əsir düşərgələri bağlanır

Yazını böyüt
Yazını kiçilt

Suriya yaxın 1 il ərzində ölkədəki 2 əsir düşərgəsini bağlamağı planlaşdırır.

Hafta.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələr məlumat verib.

BMT-nin hesablamasına görə bu düşərgələrdə saxlanan 28 min nəfərin 8500-ü əcnəbidir. Onların arasında Avropa vətəndaşları da çoxdur.

ABŞ ordusu isə düşərgələrdəki ən təhlükəli 500 nəfərin İraqa göndəriləcəyini bildirib. Bu əsirlərin arasında iraqlılarla yanaşı, 5 Avropa ölkəsinin vətəndaşları da yer alırlar. Artıq İraq Ali Məhkəməsi ekstradisiya olacaq şəxslərlə bağlı hüquqi prosedurlara başlayıb.

Chosen
14
5
hafta.az

6Sources