EN

Güclü qasırğa bu ölkədə ciddi dağıntılar törədib

Madaqaskarda “Fytia” tropik qasırğasından cəmi bir neçə saat sonra ciddi fəsadlar qeydə alınıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Milli Risk və Fəlakətlərin İdarə Olunması Bürosunun (BNGRC) yaydığı məlumata görə, ölkənin beş regionu - Boeni, Analamanqa, Melaki, Sofiya və Vakinankaratrada ümumilikdə 22 min nəfərdən çox zərərçəkən qeydə alınıb.

Təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Sel sularının apardığı bir nəfər itkin düşmüş hesab olunur, beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Təxminən 8 500 nəfər müvəqqəti sığınacaqlara və ya yaxınlarının evlərinə köçürülüb.

Chosen
42
50
unikal.az

10Sources