EN

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlanıb. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova bildirib ki, mühafizə zonaları ərazisində, yüksək təzyiqli qaz xətlərinin, dəmir yolu ərazisində tikilən tikililərin sənədləşdirilməsi qanunla mümkün deyil.

Maraqlıdır, həmin ərazilərdə illərdir məskunlaşmış şəxslərin taleyi necə olacaq?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a əmlak məsələləri üzrə ekspert Elnur Azadov danışıb. O deyib ki, 2023-cü ilin yanvarında Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti gələcəkdə qanunsuz tikililərin leqallaşdırılması məqsədilə vahid portalın yaradılacağını elan edib:

“Həmin portal vasitəsilə qanunsuz tikililərin qeydiyyatı aparılacaqdı. Lakin üç il keçməsinə baxmayaraq, bu sahədə müvafiq hüquqi-normativ baza formalaşdırılmayıb. Hazırda mövcud olan yeganə mexanizm daşınmaz əmlakın dövlət reyestri ilə bağlı 2015-ci il tarixli 439 nömrəli fərmandır. Həmin fərmanla daşınmaz əmlak xidmətlərinin siyahısı genişləndirilib və bu çərçivədə təxminən 700 minə yaxın qanunsuz tikilinin yalnız 100 minə qədərinə şamil olunan hallar nəzərdə tutulub. Bu da əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş bəzi sərəncamların və ilkin sənədlərin tanınması ilə bağlıdır. Halbuki ölkədə qanunsuz tikililər müxtəlif dövrlərdə və fərqli sənədlər əsasında inşa edilib”.

Ekspert bildirib ki, hazırda heç bir sənədi olmayan əmlakların sayı çoxdur:

Chosen
16
4
publika.az

6Sources