EN

Mozambikdə vəba epidemiyası: Ölənlərin sayı artır

Mozambikdə vəba epidemiyası yayılmaqda davam edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Milli Səhiyyə İdarəsinin açıqlamasında bildirilir.

Məlumata görə, hər gün 135 yeni yoluxma halı qeydə alınır və 12 nəfər xəstəlikdən ölüb.

Ötən il sentyabrın 3-dən 2026-cı il 27 yanvar tarixindək ölkə üzrə 3091 yoluxma halı aşkar edilib. 36 ölüm hadisəsi qeydə alınıb.

Mozambik hökuməti sentyabr ayında təxminən 418,5 milyon avro dəyərində təsdiq edilmiş fəaliyyət planı ilə 2030-cu ilə qədər vəba xəstəliyini ictimai səhiyyə problemi kimi aradan qaldırmağı hədəfləyir.

Vibrio bakteriyalarının yaratdığı və qida və su ilə ötürülən vəba ağır ishal və susuzluğa səbəb olur. Müalicə olunmazsa, xəstəlik ölümcül ola bilər. Təmiz suya çıxışın olmaması, səmərəsiz və vaxtında edilməyən tibbi müdaxilə xəstəlik və ölüm riskini artırır.

Nərgiz Məmmədli

Chosen
8
1
bakivaxti.az

2Sources