EN

Tramp BMT-nin maliyyə problemlərini həll edə bilər, ABŞ-ın öz borcu xaric…



Tramp BMT-nin maliyyə problemlərini həll edə biləcəyini deyib. Politico-nun xəbərinə görə, ABŞ prezidenti bildirib ki, BMT-nin maliyyə problemlərini üzv ölkələri borclarını ödəməyə məcbur etməklə həll edə bilər.

"Əgər onlar Trampın yanına gəlib bunu istəsəydilər, NATO-nun borcunu ödəməsini təmin etdiyim kimi, hamını da borcunu ödəməyə məcbur edərdim", - deyə Amerika lideri bildirib.

Lakin Tramp ABŞ-ın öz borcunu ödəyib-ödəməyəcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, daha öncə BMT-nin baş katibi Antonio Quterreş qurumun maliyyə çöküşü astanasında olduğunu bildirib.

SAMİRƏ

Chosen
10
baki-xeber.com

1Sources