EN

Epşteyn materiallarında onlarla çılpaq qızın fotosu aşkar edilib

ABŞ Ədliyyə Nazirliyi etik normalara zidd olaraq görüntüləri senzurasız yayımlayıb...

ABŞ Ədliyyə Nazirliyi maliyyəçi Ceffri Epşteynin işi üzrə dərc etdiyi materiallar arasında onlarla redaktə olunmamış, çılpaq qızlara aid fotoşəkillər yer alıb.

Poliqon xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, nazirliyin rəsmi saytında üzləri bulanıqlaşdırılmayan və ya örtülməyən insanların yer aldığı 40-a yaxın kadr dərc edilib. Bildirilir ki, fotolar Epşteynə məxsus adada, onun yataq otaqlarında və digər şəxsi məkanlarında çəkilib. Jurnalistlərin məlumatına əsasən, bu görüntülərdə əks olunan şəxslərdən bəziləri yetkinlik yaşına çatmayanlar olub.

NYT-yə danışan hüquqşünaslar ABŞ Ədliyyə Nazirliyinin əməkdaşlarını ciddi səhlənkarlıqda ittiham ediblər. Onların fikrincə, seksual xarakterli materiallar dərc edilməzdən əvvəl mütləq redaktə olunmalı və qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsinə imkan verən detallar gizlədilməli idi. Vəkillər xüsusilə onu vurğulayıblar ki, ümumilikdə 180 minə yaxın görüntüdə Epşteyn işi ilə əlaqələndirilə biləcək məşhur şəxslərin adları diqqətlə gizlədildiyi halda, ehtimal olunan qurbanlara aid fotolar senzurasız şəkildə yayımlanıb.

Qəzetin qeyd etdiyi kimi, ictimai narazılıqdan sonra etik normalara uyğun olmayan şəkillərin əksəriyyəti sonradan nazirliyin saytından silinib.

Poliqon.info

Chosen
40
poliqon.info

1Sources