EN

Yaponiyada 6 kilometr dərinlikdən nadir torpaq metalları olan dəniz ili çıxarılıb

Tapıntı ölkənin yüksək texnologiyalar sektorunda idxaldan asılılığın azaldılması baxımından mühüm hesab olunur...

 Yaponiyanın müstəsna iqtisadi zonasında, Minamitori adası yaxınlığında 6 kilometr dərinlikdən nadir torpaq metalları ehtiva edən dəniz ili nümunələri səthə qaldırılıb.

Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın elm və texnologiya naziri Yohey Matsumoto məlumat verib.

Nazirin sözlərinə görə, tədqiqat işləri zamanı “Çikyu” adlı elmi-tədqiqat gəmisindən istifadə olunub. Görülən işlərin ətraflı nəticələri fevralın 3-də Yaponiyanın Dəniz və Yer Elmləri və Texnologiyaları Agentliyi (JAMSTEC) tərəfindən açıqlanacaq.

Bildirilir ki, Yaponiyanın yüksək texnoloji sənaye sahələri nadir torpaq elementlərinin idxalından ciddi şəkildə asılıdır. Bu səbəbdən ölkə hakimiyyəti okeanın böyük dərinliklərində yerləşən nadir torpaq metalları ehtiyatlarının hasilatını nəzərdə tutan layihələri dəstəkləyir və bunu strateji əhəmiyyətli istiqamət kimi qiymətləndirir.

Məlumata görə, “Çikyu” gəmisi yanvarın 12-də Simidzu limanından yola düşüb və ayın sonlarından etibarən Sakit okeanın şərq hissəsində tədqiqat işləri aparıb. Gəminin fevralın 14-də yenidən limana qayıtması planlaşdırılır.

Poliqon.info

Chosen
11
poliqon.info

1Sources