Slovakiyanın baş naziri Robert Fikonun milli təhlükəsizlik üzrə müşaviri Epşteynlə bağlı yeni sənədlərin açıqlanmasından sonra istefa verib.
Publika.az xəbər verir ki, milli təhlükəsizlik üzrə müşavir Miroslav Layçak amerikalı maliyyəçi Ceffri Epşteynlə gənc qadınlar barədə elektron yazışmaların üzə çıxmasından sonra vəzifəsindən getdiyini açıqlayıb.
Layçak yaydığı bəyanatda hər hansı qanunsuzluq və ya etik pozuntuya yol vermədiyini bildirib, Epşteynin cinayətlərini isə qəti şəkildə pisləyib. Onun sözlərinə görə, açıqlanan yazışmalar qeyri-rəsmi və zarafat xarakterli olub, real məzmun daşımayıb.
O qeyd edib ki, istefa qərarını baş nazirin siyasi zərər görməməsi üçün verib və bu məsələnin hökumət rəhbərinə qarşı alətə çevrilməsini istəməyib.