EN

Sədə Bəkirqızı: "Ulvira mənim üzərimdən özünə reytinq yığmaq istədi..."

Səidə Bəkirqızının aparıcı Ulvira Qarayevaya verdiyi müsahibə yenidən gündəm olub. Belə ki, verdiyi açıqlama cəmiyyətdə yenidən müzakirə mövzusuna çevrilib və təhqirlərə yol açıb:

“Mən həmin müsahibəni Ulvira Qarayevaya noyabr ayında vermişdim. Ulvira həmin verlişdə məcburi köçkünlər mövzusunu açıb, mənim üzərimdən özünə reytinq yığmaq istədi. Halbuki mən verilişə gələrkən çəkiliş öncəsi ondan xahiş etdim ki, bu mövzunu açmasın və bu haqda danışılmasın. O, bu xahişimə rəğmən yenə də məcburi köçkünlərlə bağlı sual verdi və mən cavablamaq məcburiyyətində qaldım. Hətta sonra da ona dedim ki, həmin hissəni çıxar. Bir də xəbər tutdum ki, Ulvira elə məhz həmin hisəni ayrıca video halında tirajlayıb.


Chosen
26
azia.az

1Sources