EN

Trampı qəzəbləndirəcək təhlil: ABŞ İrana hücum üçün kifayət qədər hazır deyil

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Wall Street Journal"ın ABŞ rəsmilərinə istinadən yaydığı təhlilə görə, ABŞ ordusu İrana qarşı “qətiyyətli hücum” olacağı halda Tehrandan gələ biləcək cavab zərbələrinə tam hazır deyil. Bildirilir ki, Pentaqon hazırda Yaxın Şərqdəki ABŞ bazalarında əlavə hava hücumundan müdafiə sistemləri (THAAD və Patriot) yerləşdirmə prosesini tamamlamayıb. Bu səbəbdən yaxın zamanda İrana genişmiqyaslı hücumun baş verməsi ehtimalı aşağı qiymətləndirilir.

Sherg.az xəbər verir ki, digər tərəfdən İran xarici işlər naziri Abbas Əraqçi nüvə silahına qarşı olduqlarını və yalnız dinc məqsədli nüvə proqramı ilə bağlı razılaşmanın mümkün olduğunu bildirib. O, sanksiyaların ləğvi qarşılığında nüvə proqramı üzrə danışıqlara hazır olduqlarını vurğulayıb və müharibənin qaçılmaz olmadığını, lakin yanlış hesablamaların təhlükə yaratdığını qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
sherg.az

1Sources