Bakı. Trend:
Kosta Rikada 2026–2030-cu illəri əhatə edəcək dövr üçünprezident, iki vitse-prezident və parlamentin tərkibinin seçildiyiümumi seçkilərdə səsvermə yekunlaşıb.
Trend xəbər verirki, bu barədə Respublika Ali Seçki Tribunalı X hesabında məlumatpaylaşıb.
Məlumata görə, seçki məntəqələri fevralın 1-də yerli vaxtla saat18:00-da bağlanıb və bundan sonra səslərin sayılmasına başlanılıb.İlkin nəticələrin bir neçə saat ərzində açıqlanacağıgözlənilir.
Ölkənin ən yüksək dövlət vəzifəsi uğrunda 20 namizəd mübarizəaparır. Birinci turda qalib gəlmək üçün namizədlər səslərin 40faizindən çoxunu toplamalıdırlar. Əgər heç bir namizəd bugöstəriciyə çatmasa, aprelin 5-də ikinci tur keçiriləcək və ən çoxsəs toplayan iki namizəd final mərhələsində yarışacaq.