EN

Tramp Venesuela, Kanada və Qrenlandiyanı ABŞ-nin növbəti ştatları adlandırıb

BAKI, 2 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda yanvarın 30-da keçirilən rəsmi qəbul zamanı Venesuela, Kanada və Qrenlandiyanın guya ABŞ-nin tərkibinə daxil ola biləcəyi ilə bağlı zarafat edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, jurnalistlər üçün qapalı keçirilən tədbirdə çıxış edən Tramp çıxışını ABŞ-nin Qrenlandiyaya “müdaxiləsini” izləmək üçün yarımçıq dayandırmalı ola biləcəyini zarafatla qeyd edib. Daha sonra isə “Qrenlandiyaya müdaxilə etməyəcəyik, onu alacağıq” deyib.

ABŞ Prezidenti bildirib ki, heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyəti olmayıb. Onun sözlərinə görə, Kanadanı 51-ci ştat, Qrenlandiyanı isə 52-ci ştat kimi görüb, Venesuelanın isə 53-cü ştat ola biləcəyini zarafatla əlavə edib. Tramp sonradan bu fikirlərin ciddi qəbul edilməməli olduğunu vurğulayıb.

Chosen
21
teleqraf.com

1Sources