Ümumdünya Taekvondo Federasiyası Rusiya və Belarus idmançılarına beynəlxalq yarışlarda öz dövlət bayrağı və himnləri ilə çıxış etməyə icazə verib.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.
Dünya Taekvondo Federasiyasının mətbuata açıqlamasında bildirilir ki, “31 yanvarda Dünya Şurası Rusiya və Belarusun yeniyetmə və böyük idmançılarının milli bayraqları altında yarışmasına icazə vermək qərarına gəlib. Lakin mövcud məhdudiyyətlər qüvvədə qalır, yəni beynəlxalq yarışlar Rusiyada keçirilə bilməz, Rusiya və Belarus hökumət rəsmilərinə akkreditasiya verilməyəcək” .