EN

Polşada güclü şaxtalar fonunda 90-dan çox insan həlak olub

Polşada qışın başlanğıcından bəri güclü şaxtalar fonunda azı 92 nəfər həlak olub.

"Far.Az"un "Polşa Radiosu"na istinadən məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Veslav Şçepanski Təhlükəsizlik üzrə Hökumət Mərkəzində müxtəlif xidmətlərin nümayəndələri ilə keçirilən təcili brifinqdə jurnalistlərə açıqlama verib.

O, ölkənin şərqində vəziyyətin xüsusilə ağır ola biləcəyi barədə xəbərdarlıq edib.

"Bu gecə Suvalk şəhərində (Podlyaska voyevodalığı - red.) temperatur mənfi 29 °C-yə qədər enə bilər, hiss olunan temperatur isə mənfi 36° C-dən mənfi 38° C-yə qədər ola bilər", – deyə o bildirib.

Şçepanski əlavə edib ki, qış başlayandan bəri azı 38 nəfər donvurmadan, daha 54 nəfər isə dəm qazından zəhərlənərək ölüb.

Fövqəladə xidmətlər, o cümlədən təxminən 8,6 min polis əməkdaşı soyuqdan sığınacaq axtaran insanları tapmaq üçün tərk edilmiş binaları, zibil konteynerlərini və kanalizasiya lükləri yoxlayır. Şəhərlərdə xüsusi çadırlar qurulub, dəmir yolu stansiyaları isə gecə boyu açıq saxlanılır ki, insanlar sığınacaq tapa bilsinlər.

Chosen
19
1
far.az

2Sources