EN

Starmer Böyük Britaniyanın Aİ-nin "SAFE" müdafiə fonduna qoşulmasını dəstəkləyib

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin Avropaİttifaqının “Security Action for Europe” (SAFE) adlı müdafiəfonduna çıxışı ilə bağlı daha əvvəl nəticəsiz qalan danışıqlarınbərpasını dəstəklədiyini bildirib.

Trend xəbər verirki, bu barədə “The Times” qəzeti yazıb.

Starmer vurğulayıb ki, Avropanın müdafiə sahəsində daha fəaliştiraka ehtiyacı var.

“Biz daha fəal olmalı və daha çox iş görməliyik. Təkcə PrezidentDonald Tramp Avropanın daha çox iş görməli olduğunu düşünmür, digərliderlər də eyni fikirdədir. Mən də belə düşünürəm. Hesab edirəmki, xərclər, imkanlar və əməkdaşlıq məsələlərində birlikdə daha çoxiş görməliyik. Mən öz mövqeyimi ifadə etdim və bu o deməkdir ki,SAFE kimi mexanizmləri və digərlərini nəzərdən keçirməliyik ki,daha sıx əməkdaşlıq imkanlarının olub-olmadığını anlayaq”, – deyəBaş nazir bildirib.

Chosen
14
3
az.trend.az

4Sources