EN

Almaniyada ən böyük tətil başlayır - Milyonlarla insan çətinliklə üzləşəcək

BAKI, 2 fevral. TELEQRAF

Almaniyada ictimai nəqliyyat sahəsində ölkə üzrə ən genişmiqyaslı tətillərdən biri başlayır.

Teleqraf xəbər verir ki, məlumata görə, "Ver.di" həmkarlar ittifaqının təşkilatçılığı ilə keçirilən aksiya bazar ertəsi ölkənin bir çox şəhərini əhatə edəcək. Erkən səhər saatlarından gecə yarısınadək milyonlarla sərnişin ciddi məhdudiyyətlərlə üzləşəcək.

Elana əsasən, Berlin, Hamburq və Bremen şəhərlərində ictimai nəqliyyatın tam dayanacağı gözlənilir. Bundan əlavə, Münhen, Nürnberq, Ştutqart, Köln, Düsseldorf, Frankfurt-na-Mayne, Drezden və digər şəhərlərdə avtobus və tramvayların hərəkəti dayandırılacaq.

Aksiyanın məqsədi hazırda davam edən danışıqlar fonunda işəgötürənlərə təzyiqi artırmaqdır. "Ver.di" iş həftəsinin qısaldılmasını, istirahət vaxtının artırılmasını və çətin növbələr üçün əlavə ödənişlərin yüksəldilməsini tələb edir.

Gözləntilərə görə, tətilə 150 nəqliyyat müəssisəsindən təxminən 100 min işçi qatılacaq.

Qeyd edək ki, daha əvvəl "Bild" qəzeti Almaniyada həmkarlar ittifaqlarının kansler Fridrix Merts hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirməyi müzakirə etdiyini yazmışdı.

Chosen
29
teleqraf.com

1Sources