Çin 123 kilometr uzunluğunda olacaq və dənizin altından keçən dünyanın ən uzun dəmir yolu tunelini inşa etməyə hazırlaşır. Bu layihə iki böyük liman şəhəri arasındakı məsafəni bir neçə dəqiqəyə endirəcək.
Milli.Az xəbər verir ki, tunel Çinin şimalındakı Dalian (Liaoning əyaləti) və Yantai (Shandong əyaləti) şəhərlərini dəniz altından birləşdirəcək.
Hazırda bu iki şəhər arasında quru yolu ilə səyahət 1400 km məsafə (təxminən 8 saat) və ya bərə ilə 6-8 saat çəkir. Tunel istifadəyə verildikdən sonra bu müddət cəmi 40 dəqiqəyə düşəcək.
123 km (bu, hazırkı rekordçu olan Yaponiyanın Seykan tuneli və İngiltərə-Fransa arasındakı Manş tunelinin cəmindən daha uzundur).
Tunel daxilində elektrikli yüksək sürətli qatarların saatda 250 km sürətlə hərəkət etməsi planlaşdırılır.
Layihə üç paralel tuneldən (iki əsas xətt və bir təhlükəsizlik-texniki xidmət tuneli) ibarət olacaq.
Tunel seysmik cəhətdən aktiv zonada yerləşdiyi üçün mühəndislər zəlzələlərə və dəniz təzyiqinə qarşı ən müasir texnologiyalardan istifadə edirlər. Layihənin ümumi dəyərinin təxminən 43 milyard dollar olacağı və Çinin daxili ticarət dövriyyəsini sürətləndirəcəyi gözlənilir.
Lalə Qüdrətova
Milli.Az