EN

KİV: Epşteyn KQB-nin tapşırığı ilə fəaliyyət göstərib

BAKI, 2 fevral. TELEQRAF

Böyük Britaniyanın "Daily Mail" qəzeti kəşfiyyatdakı adı açıqlanmayan mənbələrə istinadla amerikalı maliyyəçi Ceffri Epşteynin guya KQB ilə əlaqəli ola biləcəyi barədə iddia irəli sürüb.

Teleqraf xəbər verir ki, nəşrin versiyasına görə, Epşteyn öz qurbanlarından kompromat toplamaq məqsədilə istifadə edib və bu fəaliyyət “dünyanın ən iri tələ əməliyyatlarından biri” kimi qiymətləndirilib.

Məqalədə bildirilir ki, Epşteyn qadınları öz şəbəkəsinə cəlb etməklə guya KQB-nin tapşırığı ilə fəaliyyət göstərib. Bununla yanaşı, "Daily Mail" iddiaları səsləndirən kəşfiyyat mənbələrinin hansı ölkəyə aid olduğunu dəqiqləşdirmir.

Eyni zamanda yazıda Epşteynin İsrail üçün də işləyə biləcəyi ehtimalı irəli sürülür. Lakin nəşr etiraf edir ki, maliyyəçinin Rusiya rəhbərliyi və ya xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiqləyən heç bir sənədli sübut mövcud deyil.

Chosen
34
teleqraf.com

1Sources