EN

Zelenski Kiyev rəhbərliyini enerji sistemindəki vəziyyətə görə tənqid edib

Ukrayna Prezidenti Volodimir Zelenski enerji sistemində baş verən qəzanın aradan qaldırılması ilə bağlı Kiyev rəhbərliyinin fəaliyyətini tənqid edib.

APA xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında yazıb.

“Bu, artıq birinci həftə deyil ki, şəhərdə vəziyyətdən asılı olmayaraq hər gün yüzlərlə ev istiliksiz qalır. Bu, şəhər üçün normal hal kimi qəbul edilə bilməz”, – deyə Zelenski qeyd edib.

Chosen
14
1
apa.az

2Sources