EN

İniqo Peres: “Biz “Real”dan daha yaxşı idik”

İspaniyanın “Rayo Valyekano” klubunun baş məşqçisi İniqo Peres La Liqanın 22-ci turunda “Real Madrid”ə 1:2 hesabı ilə məğlub olduqları derbidən sonra açıqlama verib.

İdman.Biz xəbər verir ki, mütəxəssis son dəqiqələrdə penalti ilə buraxılan qola baxmayaraq komandasının üstün oynadığını vurğulayıb.

“Reallıq budur ki, biz uduzduq. Amma oyunda çoxlu müsbət məqamlar var idi. Komandamla qürur duyuram. Açıq şəkildə deyirəm: 11-ə 11 oynanılan vaxtda biz “Real”dan daha yaxşı idik. Qələbəyə çox yaxın idik”, - deyə Peres söyləyib.

Peres “Santyaqo Bernabeu”da oynamağın psixoloji çətinliyinə də toxunub:

“Bu stadion insana qorxu aşılayır, amma buna baxmayaraq biz qalib gəlməyə yaxın idik. Hətta azlıqda qaldıqdan sonra belə müdafiədə yaxşı təşkil olunmuşduq. Bizə yalnız cərimə meydançasında bir az qətiyyət çatmadı”.

Hakimliklə bağlı suallara isə Peres şərh verməkdən imtina edib.

İdman.Biz
Chosen
18
idman.biz

1Sources