EN

Zelenski: Ukraynanın danışıqlar heyəti Əbu-Dabiyə fevralın 2-də yollanacaq

Ukraynanın danışıqlar heyəti bazar ertəsi, fevralın 2-də Əbu-Dabiyə yola düşəcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.

Bildirib ki, üçtərəfli görüşlə bağlı razılaşma var və görüşün çərşənbə və ya cümə axşamı keçirilməsi nəzərdə tutulur.

“Fevral ayında bizim kifayət qədər ciddi xarici siyasi fəallığımız olacaq və artıq sabahdan etibarən təmaslar və görüşlər başlayacaq”, – deyə Zelenski qeyd edib.

Ukrayna tərəfi ABŞ-ın, xüsusilə gərginliyin azaldılması və zərbələrin məhdudlaşdırılması istiqamətində tədbirlərdə fəal iştirakına ümid edir. Prezident vurğulayıb ki, prosesə və onun nəticələrinə etimad səviyyəsi Amerika tərəfinin səylərindən asılıdır.

Chosen
31
1
apa.az

2Sources