EN

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

Üç il fasilədən sonra “Avroviziya”ya qayıdan Bolqarıstan təmsilçisini açıqlayıb. 

"Ölkə.az" xəbər verir ki, 8 ifaçının yer aldığı müsabiqədə DARA qalib olub. Münsiflər heyəti ilə tamaşaçıların birgə səsverməsi əsasında ən çox səs DARA-ya verilib. 

DARA Bolqarıstanda ən tanınmış pop ifaçılarından biridir. 

Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.(axşam.az)

Chosen
25
2
olke.az

3Sources