EN

QHT-lər və gənclər: inkişafın ortaq yolu / AÇIQLAMA

Gənclər hər bir ölkədə gələcəyi quracaq insan resursu kimi göründüyü üçün beynəlxalq təşkilatlardan tutmuş əyalətlərə, yerli hökumətlərə qədər hər strukturda xüsusi gündəm təşkil edir.

Bu sözləri “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, son illər Azərbaycanda da gənclərin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Təhsil sahəsində aparılan islahatlar, xaricdə təhsil proqramları,startap və innovasiya ekosistemin formalaşdırılması, gənclərin məşğulluğuna və könüllülüyünə dəstək mexanizimləri bu imkanları xeyli genişləndirib. Eyni zamanda ictimai fəallığının artırılması, QHT-lər və gənclər təşkilatları vasitəsilə liderlik, layihə idarəçiliyi, ekoloji və sosial məsuliyyət sahələrində bilik və bacarıqlarının gücləndirilməsi mühüm rol oynayır. Bu imkanlar gənclərə yalnız bilik qazanmaq deyil, həm də cəmiyyətin fəal üzvünə çevrilmək imkanı yaradır:

"Məncə, uğurlu gəncin əsas xüsusiyyəti məsuliyyətli və məqsədyönlü olmasıdır. Uğur təkcə bilik və diplomla ölçülmür. Dəyişən dünyada uyğunlaşmaq bacarığı, öz üzərində daim işləmək, sosial proseslərə biganə qalmamaq, təşəbbüskar olmaq və milli-mənəvi dəyərlərə sadiqlik uğurun əsas açarlarıdır. Uğurlu gənc həm şəxsi inkişafını, həm də cəmiyyətə fayda verməyi paralel düşünən gəncdir. QHT-lər gənclər vasitəsilə dinamizm qazandığı kimi, gənclər də QHT-lər vasitəsilə fayda əldə edirlər. Aydındır ki, gənclərin vətəndaş cəmiyyəti təşkilatlarında fəal iştirakı vətəndaş cəmiyyətinin əsas xüsusiyyətlərini təşkil edən iki mühüm anlayışla bağlıdır: iştirak və könüllülük".

 

Pərvanə Fərhadqızı

Chosen
42
qht.az

1Sources