EN

Sabirabadda 27 yaşlı qadın dəm qazından boğularaq ölüb

Sabirabadda 27 yaşlı qadın dəm qazından boğularaq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə fərdi yaşayış evində qeydə alınıb. Şəhər sakini, 1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Mirələkbər qızı hamam otağında olarkən dəm qazından boğulub.

Qadını hamamda huşsuz vəziyyətdə tapan yaxınları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
20
apa.az

1Sources