EN

Rusiyanın Dnepropetrovska dron hücumunda 30-a yaxın insan həlak olub və xəsarət alıb - YENİLƏNİB-2

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda dron hücumu nəticəsində 12 nəfər həlak olub, daha 16 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın DTEK enerji şirkəti məlumat yayıb.

Şirkət ilkin olaraq 15 nəfərin həlak olduğunu və yeddi nəfərin yaralandığını bildirsə də, daha sonra paylaşımı redaktə edərək hücum nəticəsində 12 nəfərin öldüyünü, 16 nəfərin isə xəsarət aldığını qeyd edib.

Məlumata görə, doqquz şaxtaçının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda dron hücumu nəticəsində azı 15 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın DTEK enerji şirkətinin "Telegram" kanalında məlumat yayılıb.

"Hazırda 15 mədənçinin həlak olduğu məlumdur. İlkin məlumata görə, 7 mədənçi də yaralanıb", - şirkət qeyd edib.

Bildirilib ki, dronlardan biri növbədən sonra mədənçiləri müəssisədən daşıyan xidməti avtobusu hədəf alıb.

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda dron hücumu nəticəsində 12 nəfər həlak olub, daha yeddi nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja öz "Telegram" kanalında məlumat paylaşıb.

"Düşmən Pavloqrad rayonunda müəssisələrdən birinə məxsus xidməti avtobusun yaxınlığında PUA ilə zərbə endirib. İlkin məlumata görə, 12 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb. Detalları dəqiqləşdiririk", – deyə rəsmi yazıb.

Ukrayna Müstəqil Mədənçilər Həmkarlar İttifaqının sədri Mixail Volınets dəqiqləşdirib ki, Rusiya qoşunları kömür hasilatı müəssisəsini, həmçinin növbə dəyişməsini həyata keçirən mədən işçilərinin avtobusunu hücuma məruz qoyub. Hücum zamanı dörd "Şahed" tipli drondan istifadə olunub.

Chosen
6
1
far.az

2Sources