EN

Azərbaycanla Misir arasında qadın hüquqları sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

Bakı. Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriBahar Muradova Misirin Qadın Məsələləri üzrə Milli Şurasının sədriAmal Əmmarla görüşüb.

Trend xəbər verirki, Qahirə şəhərində işinə başlayan “Dini və media diskursundanfaydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarınınqorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfransçərçivəsində keçirilən görüşdə Azərbaycan ilə Misir arasındatarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlifsahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Bahar Muradova bildirib ki, Azərbaycan ilə Misir arasındaəlaqələr dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.Azərbaycanla Misirin müvafiq qurumları arasında əməkdaşlığın dahada genişləndirilməsinə ehtiyac var. Ailə, Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin sədri İCESCO, eləcə də Türkiyə və Mərakeşləhəyata keçirilən uğurlu layihələrə toxunaraq, bu cür təşəbbüslərinMisirlə də reallaşdırıla biləcəyini vurğulayıb.

B.Muradova qeyd edib ki, Azərbaycan Şərqdə ilk dünyəvirespublikanı yaradıb. Ölkəmiz multikultural cəmiyyətə malikdir vəmüxtəlif dinlərin və konfessiyaların nümayəndələri sərbəst şəkildədini fəaliyyət göstərirlər.

Komitə sədri Azərbaycanda qadınların, ailənin və uşaqlarınhüquqlarının qorunması istiqamətində qanunvericiliyin daimtəkmilləşdirildiyini, erkən nikahların qarşısının alındığını, qohumnikahlarının qadağan edildiyini, məişət zorakılığına qarşı hüquqimexanizmlərin gücləndirildiyini bildirib. Eyni zamanda, uşaqlarınsosial mediadan istifadəsi ilə bağlı müəyyən tənzimləmələrinvacibliyinə toxunub. O, bütün dünyada qadınların oxşar problemlərləüzləşdiyini diqqətə çatdıraraq, bu sahədə beynəlxalq əməkdaşlığınvacibliyini vurğulayıb.

Misirin Qadın Məsələləri üzrə Milli Şurasının sədri Amal Əmmarkonfransın əsas məqsədlərindən birinin təcrübə mübadiləsi olduğunuqeyd edib. O, İƏT-ə üzv dövlətlərin qadın məsələləri üzrəqurumlarının rəhbər şəxslərinin 2021-ci ildə Qahirədə keçirilmiş8-ci konfransının nəticələrinə əsasən yaradılmış Hüquq Kitabxanasıvə Düşüncə Mərkəzinin qadın hüquqlarını dəstəkləyən qanunvericiliktəşəbbüslərinin və həyata keçirilən tədbirlərin paylaşılmasıbaxımından əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, mərkəz İƏTölkələri üzrə qadın hüquqları sahəsində araşdırmalar aparantədqiqatçılar üçün də əlverişli platformadır.

Amal Əmmar vurğulayıb ki, qloballaşma dövründə milli və mənəvidəyərlərin qorunmasında medianın rolu xüsusi əhəmiyyət kəsb edir vəbu sahədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsiməqsədəuyğundur.

Qeyd edək ki, konfrans Misir Prezidenti Əbdülfəttah əs-Sisininhimayəsi ilə, əl-Əzhər əl-Şərif və Misirin Qadınlar üzrə MilliŞurası tərəfindən təşkil olunub. İki gün davam edəcək tədbirdəqadınların dini və ideoloji ekstremizmlə mübarizədə, sülh vətəhlükəsizlikdə rolu, qadınlarla bağlı ictimai şüurunformalaşmasında media, mədəniyyət və incəsənətin əhəmiyyəti, qadınvə qızların iqtisadi hüquqları, ÜDM-ə töhfəsi və kiber zorakılıqdanqorunması mövzuları müzakirə olunur.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov iştirakedib.

Azərbaycanla
Azərbaycanla
Chosen
27
4
az.trend.az

7Sources